29 
Avq
2022
14:24
208
33
1667
Virtual karabakh

Aİ Rusiya ilə viza razılaşmasını dayandırır?

29 Avq, 2022
14:24
1667

Aİ Rusiya ilə viza razılaşmasını dayandırır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri gələn həftə Praqada keçiriləcək ikigünlük iclasda 2007-ci ildə imzalanmış Aİ ilə Rusiya arasında viza rejiminin sadələşdirilməsi sazişinin dayandırılmasını dəstəkləməyi planlaşdırırlar.

Moskvanın Ukraynadakı hərbi əməliyyatına cavab olaraq bir neçə üzv dövlət bloka daxil olan Rusiya vətəndaşlarına qadağalar və ya ciddi məhdudiyyətlər üçün fəal lobbiçilik edir.

Aİ-nin yüksək rütbəli rəsmisi deyib:

“Rusiyalı turistlərin şəhərlərimizdə, limanlarımızda dolaşmaları məqsədəuyğun deyil. Biz rus xalqına siqnal verməliyik ki, bu müharibə yaxşı deyil, qəbuledilməzdir”.

Müqavilənin dayandırılması bütün Aİ vizaları üçün müraciət prosesini daha mürəkkəb və bahalı edəcək, həmçinin gözləmə müddətlərini artıracaq.

Aİ rəsmisi bildirib ki, ilin sonuna qədər əlavə məhdudiyyətlərin qəbul ediləcəyi gözlənilir.

Polşa, Çex Respublikası, Estoniya və Latviya kimi ölkələr artıq Rusiya vətəndaşlarına viza verilməsini dayandırıblar.

Mənbə: Financial Times

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri