19 
Fev
2015
10:51
22
78
4577
Virtual karabakh

Vitse-prezidentin Pentaqon rəhbərinin həyat yoldaşına qarşı “səmimi” davranışı – FOTO

19 Fev, 2015
10:51
4577

Vitse-prezidentin Pentaqon rəhbərinin həyat yoldaşına qarşı “səmimi” davranışı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stefani bütün bu diqqətə iradəli davrandı.

Öz orijinallığı və ekstravaqantlığı ilə seçilən ABŞ-ın vitse-prezidenti Co Bayden, bu dəfə Pentaqonun yeni rəhbərinin həyat yoldaşına qarşı gözlənilməz diqqət göstərib.

Bloqsferada bir çoxları Baydenin bu hərəkətinin etik qaydaların çərçivəsindən çıxdığını hesab edirlər.

Hər şey Eşton Karterin ABŞ Hərbi Nazirliyinin rəhbəri kimi andiçmə mərasimində baş verib, Oxu.Az Qazeta.ru-ya istinadən xəbər verir.

Bayden onun həyat yoldaşına tərəf əyilərək, onun çiyinlərindən tutub və qulağına nə isə pıçıldamağa başlayıb. Onlarla foto və videokamera vitse-prezidenti çəkindirməyib.

Həm də KİV Baydenin bu qəbildən olan hərəkətlərinə o qədər öyrəşib ki, artıq onun davranışına elə də diqqət vermirlər.

Stefani Karter isə öz növbəsində bütün bu diqqət əlamətlərinə iradəli davranıb. Üz ifadəsindən bu davranışların onun üçün yetərincə bezdirici və cansıxıcı olduğunu görmək olardı.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri