21 
Sen
2022
13:12
319
15
2325
Virtual karabakh

Ölən erməni hərbçilərin yaxınları “Yerablur”da hökumətin qoyduğu əklilləri dağıtdılar - VİDEO

21 Sen, 2022
13:12
2325

Ölən erməni hərbçilərin yaxınları “Yerablur”da hökumətin qoyduğu əklilləri dağıtdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanda “Yerablur” hərbi panteonundakı xatirə abidəsi önünə hökumət orqanlarının nümayəndələri tərəfindən qoyulmuş bütün əklilləri həlak olan hərbçilərin qohumları və valideynləri kənara atıblar.

Ölən hərbçilərin yaxınları polisin hərbi panteonun ərazisindən valideynləri zorla çıxarmasına qəzəbləniblər. Polislər 30 nəfəri oradan çıxarıblar.

“Əgər bu əxlaqsızlar ölənlərin anaları ilə belə rəftar etməyə icazə verirlərsə, əklilləri də burada olmalı deyil. Onlar ən xəstə qadını da vurdular”, - deyə adamlardan biri qışqırır, ikincisi isə çələnglərdən bayraqları qoparır. Daha sonra qadınlardan biri əklilləri yararsız vəziyyətə salır.

Çərşənbə axşamı ölən hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanın Müstəqillik Günündə ənənəvi səfəri ilə əlaqədar ora daxil olmasına mane olmaq üçün bütün gecəni panteonda növbə çəkmək niyyətində olduqlarını bildiriblər. Valideynlərin qəzəbinə baş nazirin ikiüzlü və yersiz hesab etdikləri bəzi açıqlamaları səbəb olub.

Mənbə: “Sputnik” Ermənistan

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri