Okt
2022
02:03
10
515
5537
Virtual karabakh

İrlandiyada səkkiz yaşlı ukraynalıya 75 bıçaq zərbəsi vurulub - FOTO

1 Okt, 2022
02:03
5537

İrlandiyada səkkiz yaşlı ukraynalıya 75 bıçaq zərbəsi vurulub - FOTO

İrlandiyada səkkiz yaşlı ukraynalı qaçqına 75 bıçaq zərbəsi vurulub. Yaxınlıqda onun 46 yaşlı anası huşsuz vəziyyətdə tapılıb.

Məlumata görə, ailə Klerkasl kəndindəki 15 digər ukraynalı qaçqınla birlikdə onlar üçün ayrılmış xüsusi binada yaşayıb. Ev sakinlərindən biri pəncərədən baxanda ağır yaralı qızı görüb və dərhal polisə xəbər verib.

Hüquq mühafizəçiləri və təcili yardım hadisə yerinə gəldikdə dəhşətli mənzərə ilə üzləşiblər. Hazırda qadınla uşaq yerli xəstəxanada reanimasiyada yatırlar.

Evin qorxu içində olan digər sakinləri, o cümlədən bir neçə uşaq başqa yaşayış yerinə köçürülüblər.

İrlandiya polisi istintaq çərçivəsində xəsarət alan ana və qızının bütün hərəkətlərini, əlaqələrini təhlil edib. Artıq hücumda şübhəli bilinən şəxs müəyyənləşdirilib, ancaq açıqlanmayan səbəblərə görə o hələ saxlanılmayıb.

Zərərçəkənlərin vəziyyəti ağır olduğundan polis onları dindirə bilmir.

Mənbə: Mirror

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri