11 
Noy
2022
09:28
92
16
2504
Virtual karabakh

NASA təsdiqlədi: 1986-cı ildə partlayan “Challenger”in qalıqları tapıldı

11 Noy, 2022
09:28
2504

NASA təsdiqlədi: 1986-cı ildə partlayan “Challenger”in qalıqları tapıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kəşfiyyatçılar İkinci Dünya müharibəsi zamanı dənizdə itmiş artefaktları axtarmaq üçün Atlantik okeanı gəzərkən 1986-cı ildə havaya qalxdıqdan qısa müddət sonra partlayan “Challenger” kosmik gəmisinin qalıqlarına rast gəliblər.

“History Channel” və NASA bildiriblər ki, “Challenger”in fraqmenti Floridanın şərq sahillərində “Bermud üçbucağı” barədə sənədli yeni serialın çəkilişləri zamanı aşkar edilib. Serialın bu ay “History” kanalında premyerası olacaq.

“Challenger” 28 yanvar 1986-cı ildə buraxıldıqdan sonra parçalanıb və nəticədə kosmosda ilk mülki şəxs olacaq müəllim də daxil olmaqla, göyərtədəki yeddi ekipaj üzvünün hamısı həlak olub.

Televiziya tamaşaçıları, xüsusən də ABŞ məktəblərində oxuyan şagirdlər həmin səhər partlayışın canlı yayımını dəhşət içində izləyiblər.

Mənbə: Mk.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri