12 
Mar
2015
12:08
14
88
3210
Virtual karabakh

Azərbaycanlı ticarətçi: Tatarıstanda ticarət mərkəzləri tez-tez yanır – FOTO

12 Mar, 2015
12:08
3210

Azərbaycanlı ticarətçi: Tatarıstanda ticarət mərkəzləri tez-tez yanır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hamı pulsuz və işsiz qaldı”.

Hər kəsin krediti var – 1 milyon, 500 min (17 min manat, 8500 manat – red.), hamı yay mövsümünə hazırlaşıb. Yay mallarını təzə gətirmiş, qış mallarını yığışdırmışdıq. Özüm təxminən 80 min rubl dəyərində (1300 manat) mal itirmişəm.

Oxu.Az xəbər verir ki, bu barədə “RBK-Tatarıstan”a dünən Kazanda yanmış “Admiral” ticarət mərkəzinin icarədarlarından biri – yaşlı azərbaycanlı bildirib.  

Xatırladaq ki, “Admiral” TM-də yanğın mart ayının 11-də başlayıb. Çərşənbə günü günortaya qədər yanğınsöndürənlər yanğını söndürməyə müvəffəq olublar. Dağıntılar altında 1 nəfər qalıb. Hadisə nəticəsində 4 nəfər həlak olub (bir nəfər yanğın yerində, üç nəfər isə xəstəxanada həlak olub), daha 14 nəfər xəstəxanaya yatırılıb.   

Azərbaycanlı qeyd edir ki, “Admiral” açılan gündən orada çalışır. Bir dəfə də “Novaya Tura” adlı TM yanıb, o zaman malını xilas edə bildilər, amma o hisə elə batmışdı ki, malı tullamalı olub.  

“Tatarıstanda ticarət mərkəzləri daima yanır. Rəqabət var axı! – həmsöhbət gülümsəyir. – Küçədə ticarət etməyə icazə verdikdən sonra, yanğınlar olurdu. Amma bir ya iki yer yanırdı, və hər zaman söndürməyi çatdırırdılar, qapalı məkanda mümkün deyil. Yanğınsöndürən var idi, amma onlardan istifadə etmirdilər – belə yanğın zamanı mümkün deyil” – həmvətənimiz deyib.

Azərbaycandan olan digər icarəçi, 27 yaşlı gənc də “Admiral” açılandan orada işləyir. Onun üç böyük məntəqəsi yanıb, 6-7 milyon rubl dəyərində (102-120 min manat) mal itirib – demək olar ki, heç nə xilas etmək mümkün olmayıb. Mal sığortalanmışdı. Yaxın günlərdə yeni məntəqənin açılması imkanını görmür.

“Növbəti bazar da yəqin ki, yanacaq – Kazan belə şəhərdir, burada bütün bazarlar yanır”, - həmsöhbət bildirib. O, sahibkarların yeni mövsümü gözlədiklərini deyib, belə ki, qış aylarında çox az mal satmışdılar.

Ticarət mərkəzində ruslar, tatarlar, taciklər, azərbaycanlılar işləyirdilər – hamısı işsiz və pulsuz qaldılar. Onun fikrincə FHN rəsmi elan etdiyi saydan daha çox qurban var.

“Əsas odur ki, sağ-salamatıq, mal yanıbsa da yanıb”, - kişi köks ötürüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri