Dek
2022
22:48
67
1005
6582
Virtual karabakh

İranda edam edilən gəncin anası xəbəri eşidib fəryad etdi - YENİLƏNİB + VİDEO

8 Dek, 2022
22:48
6582

İranda edam edilən gəncin anası xəbəri eşidib fəryad etdi - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Etirazlarda iştirak etdiyi üçün İran rejimi tərəfindən bu gün dar ağacından asılan Mohsen Şekari adlı gəncin anası öz evlərinin qarşısında oğlunun edam xəbərini eşidərkən fəryad edib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

13:10

İranda Muhsin Şikari adlı etirazçı noyabrın 20-də İnqilab Məhkəməsi tərəfindən edam cəzasına məhkum olunub.

O, “odlu silah gəzdirmək, yolu bağlamaq, nəqliyyat vasitələrini saxlamaq, təhlükəsizliyi pozmaq, Bəsic qüvvələri ilə döyüşmək, mühafizəçini yaralamaq, dövlətə qarşı müharibə aparmaq” ittihamı ilə bu gün edam edilib.

Muhsin Şikari İranda Mahsa Əmininin ölümündən sonra başlayan etirazlarla bağlı edam edilən ilk nümayişçidir.

İranda artıq 3 aya yaxındır davam edən nümayişlərlə bağlı indiyədək 11 nəfər barəsində ölüm hökmü çıxarılıb. Edam cəzasına məhkum edilmiş şəxslərin bəzilərinin hökmləri təsdiqlənib və onların tezliklə icrasına başlanacağı bildirilib.

İran Cinayət Məcəlləsinə əsasən, “ictimai asayişi pozmaq, yer üzündə fitnə-fəsad törətmək və dövlətə qarşı müharibə aparmaq” kimi cinayətləri törədənlər ölüm cəzası ilə mühakimə olunur.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri