15 
Dek
2022
18:10
98
21
899
Virtual karabakh

Livanda yenə prezident seçə bilmədilər

15 Dek, 2022
18:10
899

Livanda yenə prezident seçə bilmədilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Livan parlamentariləri onuncu dəfə yeni prezidenti seçə bilməyiblər.

Məlumata görə, cümə axşamı keçirilən səsvermə zamanı parlamentari Mişel Müavvad 38 səs toplaya bilib. 37 deputat səs verməyib, 19 seçicinin bülletenləri ləğv edilib. Qalan deputatlar digər namizədlərə səs veriblər. Səsvermədə ümumilikdə 109 deputat iştirak edib.

Ölkə konstitusiyasında qeyd olunur ki, Livan prezidenti parlamentin ən azı üçdə ikisinin səsi ilə seçilməlidir və namizəd növbəti tura keçərsə, parlamentarilərin 50%-nin səsini və daha bir səsi qazanmalıdır.

Livan parlamentinin sədri Nəbih Berri növbəti səsvermənin tarixini açıqlamayıb.

Livan parlamenti bu il sentyabrın sonundan bəri dövlət başçısını seçmək üçün on dəfə cəhd etsə də, hələlik heç bir namizəd deputatların üçdə ikisinin səsini toplaya bilməyib.

Bu, ölkədə belə bir siyasi böhranla bağlı ilk hadisə deyil. Sonuncu dəfə Livan 2014-cü ilin may ayından 2016-cı ilin oktyabr ayına qədər prezidentsiz qalıb və ölkə başçısı yalnız 45-dən çox parlament iclasından sonra seçilib.

Mənbə: Arab News

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri