10 
Yan
2023
04:18
178
28
2342
Virtual karabakh

Səfərbərlikdən qaçan rusiyalılar aylardır Seul hava limanında yaşayır

10 Yan, 2023
04:18
2342

Səfərbərlikdən qaçan rusiyalılar aylardır Seul hava limanında yaşayır

Səfərbərlikdən qaçan beş rusiyalı bir neçə aydır ki, Seul hava limanında yaşayır.

Cənubi Koreya hakimiyyəti onlara sığınacaq verməkdən imtina edib.

Rusiyanın müxtəlif bölgələrindən olan çağırışçılar ölkəni payızda tərk edib və o vaxtdan İnçxon hava limanının gözləmə zalında yaşayırlar.

Onlar Cənubi Koreyada sığınacaq almağı planlaşdırırdılar, lakin yerli Ədliyyə Nazirliyi onların bu müraciətini qəbul etməyib. Nazirlik hesab edib ki,  xidmətdən yayınma sığınacaq almağa səbəb sayıla bilməz.

Hava limanının yeni sakinləri arasında Buryatiyadan olan 23 yaşlı tələbə Vladimir Maraktayev, Krasnoyarskdan 30 yaşlı Andrey və Nalçikdən olan 31 yaşlı keçmiş futbolçu Yaşar Xubiyev də var. Jurnalistlər daha iki rusiyalının kimliyini açıqlamayıblar. Vladimir və Andrey bildiriblər ki, çağırış vərəqəsini aldıqdan sonra ölkədən qaçmaq qərarına gəliblər. Yaşarın dediyinə görə, o, hərbi xidmətə çağırışa tabe deyildi, lakin xidmətə gəlmədiyi təqdirdə fərari sayılacağına dair ona sənəd imzaladıblar. Yaşar həmçinin bildirib ki, bu yaxınlarda onun iki tanışı Makeyevkda həlak olub.

Rusiyalıların vəkili bildirib ki, xidmətdən yayınma onların öz ölkələrində təqiblərə səbəb ola bilər və buna görə də qaçqın statusu almaq hüquqları var.

Mənbə: “The Korea Times”

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri