25 
Yan
2023
16:48
120
19
4900
Virtual karabakh

Ukraynadakı istefaların əsl səbəbləri: Ölkədə nə baş verir? - VİDEO

25 Yan, 2023
16:48
4900

Ukraynadakı istefaların əsl səbəbləri: Ölkədə nə baş verir? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ukraynada bir qrup politoloq, jurnalist, eləcə də məmur var ki, onlar sürüşkən mövqe sərgiləyirlər”.

Bunu “Salam Baku” verilişində Baku TV-nin Şərqi Avropa bürosunun əməkdaşı Mübariz Aslanov Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçin son açıqlamaları ilə bağlı danışarkən deyib.

Jurnalistin sözlərinə görə, A.Arestoviç bir vaxtlar Rusiya əleyhinə həddən artıq kəskin çıxışları, proqnozları ilə yadda qalırdı:

“O, keçən ilin mart-aprel aylarında proqnoz verdi ki, Rusiyanı məhv edəcəklər. Amma indi tamamilə fərqli açıqlamalar verir”.

M.Aslanov Ukraynada ard-arda verilən istefalarla bağlı da danışıb.

O qeyd edib ki, istefa dalğası Ukrayna Müdafiə Nazirliyində yeyinti faktlarının ortaya çıxması ilə başlandı.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri