26 
Yan
2023
17:04
45
196
1606
Virtual karabakh

İran Aİ və Britaniyaya sanksiya tətbiq etdi

26 Yan, 2023
17:04
1606

İran Aİ və Britaniyaya sanksiya tətbiq etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran Xarici İşlər Nazirliyi müvafiq qaydalar və sanksiya mexanizmləri çərçivəsində, qarşılıqlı fəaliyyət olaraq, Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada bəzi şəxslərə və qurumlara sanksiyalar tətbiq edib.

Onların arasında Britaniya güc strukturunun keçmiş və indiki rəhbərləri, Paris meri, Fransanın “Charlie Hebdo” jurnalının baş redaktoru, bir neçə gün əvvəl Quranın yandırılmasını təşkil edən ifrat sağçı isveçli siyasətçi Rasmus Paludan, eləcə də Avropa Parlamentinin bir sıra deputatları var.

Tehran onların hamısını terrorizmi dəstəkləməkdə, İran xalqına qarşı zorakılıq aktlarına təhrik etməkdə, respublikanın daxili işlərinə qarışmaqda və yalan məlumatlar yaymaqda ittiham edir.

Qeyd edilir ki, bu sanksiyaların həyata keçirilməsi üçün vizaların verilməsinə qadağa qoyulması, İran İslam Respublikasının ərazisinə girişin mümkünsüzlüyü, maliyyə və bank sistemində bank hesablarının bloklanması və İran İslam Respublikasının yurisdiksiyasında olan ərazilərdəki mülklərin və aktivlərin müsadirəsi də daxil olmaqla, zəruri tədbirlərdən istifadə olunacaq.

Mənbə: Tasnim

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri