Fev
2023
06:42
246
30
1974
Virtual karabakh

Almaniyada məcburi hərbi xidmət tətbiq oluna bilər

1 Fev, 2023
06:42
1974

Almaniyada məcburi hərbi xidmət tətbiq oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bundestaqın Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Zimmerman Almaniyada icbari hərbi xidmətin tətbiqini istisna etməyib.

“Əslində hərbi xidmətə çağırışın ləğvi yalnız sülh dövründə tətbiq olunur. Gərginlik və ya müdafiə zərurəti yaranarsa, o, yenidən tətbiq oluna bilər”, - deyə millət vəkili bildirib.

Eyni zamanda, siyasətçinin fikrincə, Almaniyada 2011-ci ilə qədər qüvvədə olan hərbi çağırış yenilənərsə, qadınlara da şamil edilməli və on iki aya qədər uzadılmalıdır.

Ştrak-Zimmermann əlavə edib ki, məcburi hərbi xidmətin bərpası barədə danışmazdan əvvəl Bundesverdə bəzi şeylər dəyişməlidir. Kazarmalar tikilməli və ya genişləndirilməli, daha çox təlimatçı və hərbi texnika cəlb olunmalıdır ki, bu da, təkcə vaxt deyil, həm də on milyardlarla avro tələb edəcək.

Mənbə: gazeta.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri