27 
Fev
2023
10:48
63
20
2605
Virtual karabakh

III Çarlz tacqoyma mərasimində əsrlərlə davam edən ənənəni pozacaq - FOTO

27 Fev, 2023
10:48
2605

III Çarlz tacqoyma mərasimində əsrlərlə davam edən ənənəni pozacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Britaniya kralı III Çarlz və onun həyat yoldaşı Kamilla tacqoyma mərasiminə yollanmaq üçün 260 illik “Gold State” yay faytonundan istifadədən imtina ediblər. Bu faytondan ənənəvi olaraq yeni monarxın tacqoyma mərasimində Bukingem sarayından Vestminster abbatlığına aparan yolda istifadə olunub.

Məlumata görə, səfər üçün başqa nəqliyyat vasitəsi seçilib. “Gold State”dən isə ancaq kralı və arvadını yenidən saraya aparmaq üçün istifadə olunacaq.

Qeyd edilir ki, II Elizabet sözügedən faytonda 1953-cü ildə tacqoyma mərasiminə yollanıb. Lakin sonradan, 2018-ci ildə o, səyahətin “dəhşətli” olduğunu etiraf edib, çünki 1762-ci ildə hazırlanan fayton zəif asma qabiliyyətinə malikdir - yolda titrəmə çox hiss olunub.

Mənbə: Daily Mail

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri