Mar
2023
07:55
148
20
2409
Virtual karabakh

Depp rəsmlərini sataraq 5 milyon dollardan çox qazanıb - FOTO

7 Mar, 2023
07:55
2409

Depp rəsmlərini sataraq 5 milyon dollardan çox qazanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerikalı aktyor və kinorejissor Conni Depp rəsmlərinin satışından 5,4 milyon dollar qazanıb.

Rəssamın musiqiçi Bob Marli, yazıçı Hanter S.Tompson, aktyorlar Hit Ledcer, River Feniks və digər məşhurların yer aldığı silsilə əsərləri Londondakı “Castle Fine Art Gallery”də nümayiş etdirilib və bir neçə gün ərzində satılıb.

Depp yüksək satış nəticələrindən təsirləndiyini etiraf edib.

“İşlərimi ilk dəfə görən insanların bu qədər müsbət reaksiya verməsi çox təsiredicidir”, - “Karib dənizi quldurları”nın ulduzu bildirib.

Ötən ilin iyulunda Conni rəsm kolleksiyasının “Dostlar və qəhrəmanlar” adlı birinci hissəsini təqdim edib. O, musiqiçilər Bob Dilan və Keyt Riçards, aktyorlar Elizabet Teylor və Al Paçinonun obrazlarını çəkib. Ulduzun əsərləri bir neçə saat ərzində satılıb.

Mənbə: lenta.ru

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri