14 
Mar
2023
04:38
232
17
1391
Virtual karabakh

Paris küçələrində 5 min tondan çox zibil yığılıb - VİDEO

14 Mar, 2023
04:38
1391

Paris küçələrində 5 min tondan çox zibil yığılıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada kommunal təsərrüfat idarəsi işçilərinin pensiya islahatına qarşı tətil etməsi səbəbindən Paris küçələrində 5 min tondan çox tullantı yığılıb.

Bildirilir ki, qalaqlanmış zibilin üfunət iyini hətta Paris şəhərinin ətrafında yaşayan sakinlər də hiss etməyə başlayıblar.

Baş verənlərə rəğmən, martın 12-də Fransa Senatı 10 günlük qızğın müzakirələrdən sonra hələ də kütləvi etirazlara səbəb olan pensiya islahatının qəbuluna səs verdiyi bildirilir.

Qeyd edək ki, Fransa Prezidenti Makronun apardığı sosial siyasət ölkədə ciddi narazılıqla qarşılanıb.  

Xüsusən pensiya yaşının artırılması ilə bağlı təkliflər vətəndaşların ciddi narazılığına səbəb olub.

Mənbə: İzvestiya

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri