27 
Mar
2023
15:08
122
32
851
Virtual karabakh

Etirazlara görə İsrailin ən böyük hava limanından uçuşlar dayandırılıb

27 Mar, 2023
15:08
851

Etirazlara görə İsrailin ən böyük hava limanından uçuşlar dayandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin ən böyük hava limanı olan Ben Quriondan reyslər etirazlar fonunda dayandırılıb.

Məlumata görə, hava rabitəsinin dayandırılması ilə bağlı göstəriş aeroport işçilərinin həmkarlar ittifaqının rəhbəri tərəfindən verib. Məhdudiyyətlərin dəqiq müddəti hələ açıqlanmayıb. Yüzlərlə uçuş gecikə və ya təxirə düşə bilər.

İsrail Həkimlər Birliyi də çərşənbə axşamından etibarən məhkəmə islahatının ləğvi elan edilənə qədər səhiyyə sisteminin fəaliyyətini dayandıracağını elan edib.

İsrail vətəndaşları 12 həftədir ki, məhkəmə islahatları ilə bağlı aksiya keçirirlər. Qanun layihəsində Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakimlərin seçiminə nəzarətin icra hakimiyyətinə verilməsi nəzərdə tutulur. Bu təşəbbüs İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən irəli sürülüb.

Təklif olunan qanun İsrailin böyük şəhərlərində etirazlara səbəb olub.

İsrailin müdafiə naziri Yoav Qalant Netanyahunun qərarı ilə razılaşmadığını bildirib. Onun fikrincə, islahatlara görə cəmiyyətdə parçalanma yaranıb.

Öz növbəsində, İsrail lideri Müdafiə Nazirliyi rəhbərinin bəyanatını yersiz hesab edərək, onu tutduğu vəzifədən uzaqlaşdırıb. Bu qərar İsraildə yeni etiraz hərəkatına səbəb olub.

İsrail Prezidenti İsxak Hersoq isə hökuməti məhkəmə sistemində islahatları dərhal dayandırmağa çağırıb.

Mənbə: The Moscow Post

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri