27 
Mar
2023
02:10
231
46
2975
yuxarı
İsraildə müdafiə nazirinin istefasından sonra kütləvi etirazlar başlanıb - VİDEO
27 Mar, 2023
02:10
2975
231
46
İsraildə müdafiə nazirinin istefasından sonra kütləvi etirazlar başlanıb - VİDEO
Martın 26-da gecə saatlarında Təl-Əvivdə İsrailin müdafiə naziri Yoav Qalantın istefasının elanından sonra başlayan kortəbii etiraz aksiyası artıq 58 min insanı toplayıb.
Bu qiymətləndirməni hadisə yerindən canlı yayım aparan “Kan 11” dövlət telekanalı verib.
Televiziyanın məlumatına görə, etirazçılar şəhərin şərqindəki ən böyük magistral olan Ayalon şossesində nəqliyyatın hərəkətini tamamilə bağlayıblar. Onlar yolda əlaltı materiallarından od yandırıblar. Polis hələ ki ciddi müdaxilə etməyib. Hadisə yerinə getdikcə daha çox nümayişçi qrupları gəlməkdə davam edir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək