12 
Apr
2015
11:38
74
40
6127
Virtual karabakh

Obamaların illik gəliri açıqlandı

12 Apr, 2015
11:38
6127

Obamaların illik gəliri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidentinin yazdığı kitablardan əldə etdiyi gəlirləri azalıb.

ABŞ prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obamanın illik gəlirləri açıqlanıb. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Obamalar 2014-cü ildə 477 min 383 dollar qazanıb.

Prezident ailəsi bu gəlirdən ötən il 93 min 362 dollar gəlir vergisi ödəyiblər və 33 yardım fonduna ümumilikdə 70 min 712 dollar köçürüb.

Ən böyük gəliri prezident maaşı olan Barak Obama bu vəzifəsinə görə ildə 400 min dollar qazanır. Cütlüyün bu maaşdan əlavə əsas gəlir mənbəyi isə Barak Obamanın 1995 və 2006-ci illərdə yazdığı iki kitabın satışından qazandıqlarıdır. Obamanın yazdığı kitablardan əldə etdiyi gəlirin aşağı düşməsi qazancının azalmasına səbəb olub.

ABŞ prezidentinin ailəsi 2012-ci ildə 662 min dollar, 2013-cü ildə isə 503 min dollar gəlir əldə edib. Barak Obama ən böyük qazancını prezident seçildiyi 2009-ci ildə götürüb. O həmin il kitablarının satışından və Nobel Sülh Mükafatından təxminən 5,5 milyon dollar qazanıb.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri