30 
Mar
2023
02:00
290
82
4925
Virtual karabakh

Ərdoğan Putinin Türkiyəyə səfər edə biləcəyi tarixi açıqlayıb

30 Mar, 2023
02:00
4925

Ərdoğan Putinin Türkiyəyə səfər edə biləcəyi tarixi açıqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya prezidenti Vladimir Putin Türkiyədə Akkuyu AES-də nüvə yanacağının yüklənməsi mərasimində iştirak edə bilər. 

Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib. 

Dövlət başçısı Akkuyu AES-in ilk enerji blokuna nüvə yanacağının aprelin 27-də yüklənəcəyini və bundan sonra obyektin rəsmi olaraq nüvə obyekti sayılacağını vurğulayıb. 

 “Akkuyu AES-in tikintisi layihəsi uğurla həyata keçirilir. Cənab Putinin aprelin 27-də keçiriləcək mərasim üçün (Türkiyəyə) gəlmə ehtimalı var. Ola bilsin ki, biz onlayn formatda orada birlikdə iştirak edək”, - deyə o bildirib. 

Akkuyu - Türkiyədə tikilməkdə olan ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.  

Mənbə: A Haber

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri