31 
Mar
2023
13:28
290
8
1876
Virtual karabakh

Qazaxıstanda ƏMƏLİYYAT: Xəzərdə beynəlxalq narkotik sindikatı zərərsizləşdirildi - FOTO/VİDEO

31 Mar, 2023
13:28
1876

Qazaxıstanda ƏMƏLİYYAT: Xəzərdə beynəlxalq narkotik sindikatı zərərsizləşdirildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) əməkdaşları Xəzər dənizi vasitəsilə respublikaya tiryək daşıyan beynəlxalq narkotik sindikatını zərərsizləşdiriblər.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, əməliyyat martın 26-da Manqistau vilayətində keçirilib, MTK və “A” xüsusi təyinatlı dəstəsinin əməkdaşları narkotrafikin təşkilatçısını və əlbir olduğu üç şəxsi saxlayıblar.

Qaçaqmalçıların su nəqliyyatına baxış zamanı 30 kq-dan çox tiryək və 10 bağlamada psixotrop maddə aşkar edilib.

MTK əməliyyatın bəzi təfərrüatını açıqlayıb. Qurumun məlumatına görə, Qazaxıstan ərazisinə dəniz yolu ilə tiryək və digər qadağan olunmuş maddələrin çatdırılması üçün stabil kanalın təşkilinə əcnəbi vətəndaşlar cəlb ediliblər.

Əməliyyatçılar narkotik vasitələrin Xəzər dənizi ilə daşınmasının marşrutlarını və üsullarını da ətraflı müəyyənləşdiriblər. Belə ki, qruplaşma üzvləri müasir peyk naviqasiyası və GPS ilə təchiz edilmiş kiçikölçülü yüksəksürətli gəmilərdən istifadə ediblər, bu da onların aşkarlanmasını çətinləşdirib.

Hazırda prokurorluq orqanları ilə birlikdə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Mənbə: Kazaxstanskaya Pravda

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri