19 
Apr
2015
14:30
22
152
10787
Virtual karabakh

Türkiyədə nişanı qaytarılan gənc qətliam etdi - FOTO

19 Apr, 2015
14:30
10787

Türkiyədə nişanı qaytarılan gənc qətliam etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qohumların bir-biri ilə yola getməməsi faciəyə səbəb oldu.

Türkiyədə nişanı qaytarılan gənc çıxış yolunu qətliamda görüb.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Manisa vilayətinin Soma rayonunda özel bir mədən ocağında fəhləlik edən Özgür Çoban 24 fevralda sevdiyi Özləm Yenerlə nişanlanıb.

Çütlük evlilik hazırlığından olarkən, qohumlar arasında narazılıqlar yaranıb. Bir-birlərini başa düşmədiklərini bildirən oğlan və qız adamları nişanı pozmağa qərar verirlər və hər iki tərəf qərarı qəbul edir. 

Nişanın pozulmasını qəbul etməyən Özgür Çoban avtomobil kirayələyir və Özləm Yenergilin evlərinə doğru yola çıxır. Yolda nişanlısı və ailəsinin avtomobilini görən Çoban öz maşını ilə onların qabağını kəsir. 

Evdən götürdüyü tüfənğlə keçmiş nişanlısını və onun atası Şaban Yeneri maşından düşürərək güllələyir. Sonra isə özünü vuraraq intihar edir.

Hər üçü aldıqları güllə yarasından hadisə yerində dünyalarını dəyişiblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri