İyn
2023
22:23
212
17
1405
Virtual karabakh

Türkiyədə Cevdet Yılmaz vitse-prezident vəzifəsinin icrasına başladı

5 İyn, 2023
22:23
1405

Türkiyədə Cevdet Yılmaz vitse-prezident vəzifəsinin icrasına başladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Önümüzdəki dövrdə yeni idarəetmə sistemimiz güclənərək Türkiyənin nailiyyəti kimi fəaliyyət göstərməyə davam edəcək”.

Bu sözləri vəzifəsinin icrasına başlayan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.

Cevdet Yılmaz səlahiyyətlərin təhvil-təslim mərasimindəki çıxışı zamanı vitse-prezident olaraq xalqa xidmət bayrağını Fuat Oktaydan təhvil almağın onun üçün şərəf olduğunu bildirib.

“Əvvəlcə Prezidentimizə, Türkiyə Yüzilliyi Kabinetində vitse-prezident vəzifəsini mənə həvalə edən liderimiz Rəcəb Tayyib Ərdoğana təşəkkürümü bildirirəm. Əvvəlki dönəmdə ölkəmizə xidmət göstərən bütün nazirlərimizə təşəkkür edirəm. Yeni kabinetdə yer alan nazirlərimizi bir daha təbrik edir, onlara uğurlar arzulayıram”, - deyə o qeyd edib.

Cevdet Yılmaz həmçinin ilk vitse-prezident olaraq çalışan Fuat Oktaya göstərdiyi səylərə və əldə edilən nailiyyətlərə görə təşəkkür edib.

“Bəli, yeni idarəetmə sistemi ilə yola davam”, - deyə Yılmaz vurğulayıb.

“Önümüzdəki dönəmdə yeni idarəetmə sistemimizin inkişaf edərək, güclənərək və yeni şərtlərə uyğunlaşaraq Türkiyəmizin nailiyyəti kimi fəaliyyət göstərməyə davam edəcəyini qeyd etmək istəyirəm”, - deyə o bildirib.

Mənbə: Anadolu

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri