27 
Mar
2024
21:08
21
136
3865
yuxarı
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
27 Mar, 2024
21:08
3865
21
136
Evində huşsuz tapılan məşhur türk aktyoru ilə bağlı YENİ AÇIQLAMA - FOTO
Məşhur türk aktyoru, “Yeşilcam”ın ustad sənətçisi Kadir İnanırın son vəziyyəti məlum olub.
Bu barədə aktyorun yerləşdirildiyi Ümraniye Elmi Araşdırmalar xəstəxanasının baş həkimi, professor Necdet Sağlam açıqlama verib.
O qeyd edib ki, 74 yaşlı sənətçinin səhhətində irəliləyiş var.
“Artıq şüuru üstündədir. Mesajlara gülümsəyərək cavab verir, ünsiyyət qurur. Artıq onun danışmağında heç bir problem olmayacaq, lakin indi danışmaq üçün çox yorğundur”, - həkim bildirib.
Xatırladaq ki, martın 24-də Kadir İnanır Beykozdakı evində huşsuz vəziyyətdə tapılmışdı.
Mənbə: sondakika.com
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək