17 
Apr
2024
21:28
168
28
1334
Virtual karabakh

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

17 Apr, 2024
21:28
1334

İran Suriyadan SEPAH zabitlərini təxliyə edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran hakimiyyəti Suriyadakı obyektlərdən şəxsi heyətini, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli zabitlərini təxliyə etməyə başlayıb.

Bu barədə “The Wall Street Journal” (WSJ) Suriya və İran rəsmilərinin bəyanatlarına istinadən məlumat verib.

Bildirilib ki, SEPAH və İranın dəstəklədiyi Livanın “Hizbullah” qruplaşması Suriyadakı yüksək rütbəli zabitlərinin sayını azaldıb.

Eyni zamanda, İsrailin cavab hücumu olacağı təqdirdə İran öz hava qüvvələrini hazırlayır. Bundan əlavə, təhlükəsizlik məqsədi ilə donanma Qırmızı dənizdə İranın kommersiya gəmilərini müşayiət etməyə başlayıb.

Mənbə: vedemosti.ru

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri