12 
Avq
2015
21:26
123
80
4487
Virtual karabakh

Permyakov 10 il müddətinə azadlıqdan məhrum edildi – YENİLƏNİB

12 Avq, 2015
21:26
4487

Permyakov 10 il müddətinə azadlıqdan məhrum edildi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fərarilik və silah oğurluğuna görə.

Ermənistanın Gümrü şəhər məhkəməsi bir ailənin 7 üzvünün qətlində günahlandırılan Rusiya hərbçisi Valeri Permyakovu fərarilik və silah oğurluğuna görə 10 il müddətinə azadlıqdan məhrum edib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, o cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək

15:03

Gümrüdə erməni ailəsinin qətlində ittiham olunan Rusiya hərbçisi Valeri Permyakov məhkəmədə istintaq zamanı onun göstərdiyi ifadələri əsas kimi qəbul etməyi xahiş edib.

Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, Permyakov istintaq zamanı yeddi nəfərlik ailənin qətlində, fərarilik və silah və hərbi sursatların qanunsuz daşımaqda günahını etiraf etmişdi.

10:58

Rusiya hərbi məhkəməsi Ermənistanda çərşənbə günü respublikada hərbi bazanın hərbçisi Valeri Permyakova dair cinayət işinə baxacaq. O, silah ilə fərarilik edərək bir ailəni qətlə yetirib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, işə Ermənistanda yerləşən Rusiya hərbi bazalarının və sərhəd qoşunlarının hərbçilərinin ittiham edildiyi cinayət işlərinin baxılması həvalə edildiyi 5-ci qarnizon məhkəməsində baxılacaq.

“Səyyar məhkəmə iclası açıq olacaq, iclas birləşmələrin əsas hissəsinin yerləşdiyi Gümrüdə, Rusiya hərbi bazasında keçiriləcək”, - məhkəmədə qeyd ediblər.

Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib.

Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib.

O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. İnsident zamanı Avetisyanlar ailəsinin müxtəlif xəsarətlər alan 6 aylıq üzvü Seryoja Avetisyan isə yanvarın 19-da ölüb.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri