19 
İyl
2017
14:26
33
105
6642
Virtual karabakh

Vidadi Zeynalov: Həbs mənim üçün bioloji ölümdür, bəraət istəyirəm – “Rabitə işi”

19 İyl, 2017
14:26
6642

Vidadi Zeynalov: Həbs mənim üçün bioloji ölümdür, bəraət istəyirəm – “Rabitə işi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bitmək üzrədir.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Prosesdə Vidadi Zeynalovun vəkili Muğam Əliyev müvəkkili barədə bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra “Azərpoçt”un sabiq rəhbəri Qəmbər Bəybalayevin vəkili çıxış edib. O bildirib ki, müvəkkilinə bəraət hökmü çıxarılıb. Hakim bildirib ki, Qəmbər Bəybalayev dövlətə vurduğu ziyanı tam ödəyib. Bununla da, “Rabitə işi” üzrə təqsirləndirilən şəxslər dövlətə vurduqları ziyanı tam ödəyib.

Daha sonra hakim təqsirləndirilən şəxslərə son söz verib. 

Son sözlə çıxış edən Vidadi Zeynalov ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirdi: “Qəbul etmədiyim ittiham aktı barədə dəfələrlə ifadə vermişəm və heç bir ifadəmdə ittihamları qəbul etməmişəm. Səhvim olub, amma cinayət işlətməmişəm. İfadələrim bütün saytlarda başlığa mənim adım çıxarılmaqla verilib. Vaxtlarını boş yerə sərf etdikləri üçün mətbuat nümayəndələrindən, jurnalistlərdən, vəkillərimdən, eləcə də, hakimlərdən üzr istəyirəm. 
Mən həmişə dövlətimə, millətimə sadiq insan olmuşam. Atalar düz deyib ki, cənnətə gedən yol cəhənnəmdən keçir. Həbsxana həyatı mənə bioloji ölümdür. 

Bizi mütəşəkkil şəkildə dövlət büdcəsinə ziyan vurmaqda günahlandırırlar. Əvvəla, mütəşəkkil dəstənin başçısı və üzvləri olur. Burada nə başçı var, nə də dəstə üzvləri. İkincisi də, dövlət büdcəsindən maliyələşməyən bir qurum dövlət büdcəsinə necə ziyan vura bilər? Təkrar edirəm, dövlətin pulunu heç vaxt yeməmişəm. Qohum-əqrəbamın əmlaklarına qoyulan həbslərin götürülməsini tələb edirəm. Çünki o adamların öz zəhmətləri ilə qazandıqlarına həbs qoymaq olmaz. Mən səhvimə görə cəza çəkirəm. Əmək haqqı və “PLZ” MMC ilə bağlı ittihamlar, ümumiyyətlə, absurddur”.

V.Zeynalov çıxışının sonunda hakimdən ədalətli qərar çıxarmasını, ona və digər iittiham olunanlara bəraət verilməsini istəyib. 

Digər təqsirləndirilən Bayram Vəliyev, Məhəmməd Məmmədov, Beytulla Hüseynov son çıxışlarında hakimdən ədalətli qərar çıxararaq onlara bəraət verilməsini istədilər.

İttiham olunanların bir neçəsi son söz çıxışına hazır olmadıqlarını, bunun üçün onlara 1 həftə vaxt verilməsini istədilər. 

Hakimlər 5 dəqiqəlik fasilədən sonra məhkəmə zalına geri dönərək növbəti məhkəmənin 25 iyul tarixinə təyin edildiyini elan etdilər. 

Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışı zamanı Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, “Optik Qurğular İdarəsi” MMC-in rəhbəri Emin Məmmədova və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, “Azərpoçt”un sabiq direktoru Qəmbər Bəybalayevə 10 il iş istəyib.

Həmçinin prokuror digər təqsirləndirilən şəxslər – “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova “Aztelekom” MMC-in direktoru Məhəmməd Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov , “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinin barəsində 5 il 11 ay cəza istəyib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tətbiq edilməsini və 3 sınaq müddəti seçilməsini tələb edib. 

Qeyd edək ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanın - 7 milyon 335 min manatın hamısını ödəyib. 
Dövlət ittihamçısı təqsirləndirilən B. Hüseynovun 15 il, V. Zeynalovun 14 il, A. Mustafayevin 8 il, Q. Bəybalayevin 10 il, E. Məmmədovla N. Məmmədovun hər birinin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, təqsirləndirilən şəxslərdən M. Məmmədov, C. Cəfərov, S. Hümbətov, B. Vəliyev və O. Rüstəmovun isə hər birinin 5 il 11 ay 11 gün müddətinə şərti olaraq azadlıqdan məhrum olunmalarını tələb edib.

Zülfiyyə Qurbanova.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri