“Ellada” Uşaqların İncəsənət sərgisi 7-11 Mart 2016-cı il tarixlərində Bakı İtalyan Mərkəzində (ünvan: Murtuza Muxtarov 7) baş tutacaq.
Oxu.Az-ın xəbərinə görə, tədbir Yunanıstan Respublikasının Azərbaycandakı Səfirliyinin ARGO Yunan cəmiyyəti və İtalyan mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilir.
Uşaqların əl işləri Avropa sivilizasiyasının beşiyi olan Qədim Yunanıstana həsr olunub.
Tofiq İsmayılov adına Uşaq yaradıcılıq Mərkəzinin tələbələri Qədim Yunan incəsənəti haqqında öyrənmiş və bütün bunları öz rəsmlərində, qrafik təsvirlərində, batiklərində və keramika üzərində rəngləmələrdə təcəssüm etdiriblər.
Yunan İncəsənət İlahəsi gənc Azərbaycanlı rəssamları öz əvəzolunmaz istedadlarını ifadə etməyə və dünya mədəniyyətinə töhvə verməyə ruhlandırıb. Sərginin açılışı zamanı, tələbələr öz əl işlərinə görə mükafatlandırılacaq.
Sərgi 10:30-dan 19:30-dək ictimaiyyətə açıq olacaq.