27 
Mar
2019
17:15
94
281
4321
Virtual karabakh

Fəxriyyə Xələfovanın hazırladığı libaslar “Ermitaj”da - FOTO

27 Mar, 2019
17:15
4321

Fəxriyyə Xələfovanın hazırladığı libaslar “Ermitaj”da - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar incəsənət xadimi, məşhur modelyer Fəxriyyə Xələfova Moskva-Baku.ru saytına müsahibə verib.

Oxu.Az xəbər verir ki, müsahibədə diqqət çəkən məqamlardan biri F.Xələfovanın hazırladığı kolleksiyaların bəzi nümunələrinin xaricdə muzeylərdə nümayiş olunması ilə bağlı sözləri olub:

“Dövlət Ermitaj Muzeyinin direktoru, Rusiya Elmlər Akademiyasının akademiki Mixail Piotrovski ilə 2017-ci ilin dekabrında saziş imzalanıb. Həmin sazişdə ərsəyə gətirdiyim üç unikal əsərin fondun qalereyasına köçürülməsi yer alıb.

İpək, üzəri kəlağayının ornametləri ilə bəzədilən libas, bahalı daş-qaşlarla bəzədilən geyim və XIX əsr rokoko üslubunda (tərzində) olan inci libas. 

Asiya, Afrika və Avropa ölkələri arasında 2018-ci ildə Özbəkistanda baş tutan “Miss union fashion” müsabiqəsi çərçivəsində Özbəkistanın Tətbiqi İncəsənət Dövlət Muzeyi və Özbəkistan Tarix Muzeyinə kolleksiyamda yer alan özbək ipəyindən hazırlanmış geyimləri hədiyyə etmişəm.

“Milan Fashion Week”, “Caspian Fashion Week” və “Azerbaijan Fashion Week” çərçivəsində şəxsi kolleksiyalarım İtaliyada, Rusiyada, Özbəkistanda və Azərbaycanda böyük rəğbətlə qarşılanıb”, - deyə modelyer F.Xələfova bildirib.  

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri