Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
27-28 mayda Bakıda IV Milli Marketinq Forumu keçiriləcək
27-28 may tarixlərində “Cinema Plus” kinoteatrında yerli marketoloqların 4-cü forumu keçiriləcək.
Oxu.Az xəbər verir ki, forumun məqsədi ölkənin marketinq sahəsinin inkişafına dəstək olmaq, trendləri araşdırmaq və praktiki problemlərin həllini tapmaqdır.
Milli Marketinq Forumu Marketing AİR, Facemark.az və Azərbaycanın ilk onlayn marketinq televiziyası olan Facemark.tv komandası, həmçinin ölkənin marketinq sferasında çalışan dostların birgə səyi nəticəsində illik olaraq keçirilir.
Bu il keçən ilk forumdan fərqli olaraq 6 panel və hər paneldə ən az 4 spiker olmaqla, toplam 30 nəfərədək spikerin olması planlaşdırılıb.
Forumda böhran dövründə marketinq strategiyası, Rəqəmsal marketinq, Marketinq kommunikasiyaları, Şəxsi brendinq, Bloqçuluq və rəy liderliyi, Milli Keyslər kimi panellər olacaqdır ki, bütün panellər üzrə ana istiqamət “Böhrandan yeni dövrana” seçilmişdir.
Foruma biletlər “Cinema Plus” kinoteatrının kassalarında 6 apreldən etibarən satışda olacaqdır. Biletləri “Cinema Plus”ın kassalarından, forumun saytında və Facebook səhifəsində onlayn sifariş göndərməklə əldə edə bilərsiniz. Çatdırılma pulsuzdur. Biletin qiyməti 30 AZN-dir.
IV Milli Marketinq Forumunun keçirilməsinə dəstək olan tərəfdaşlarımız:
Təşkilatçı: Marketinq Azərbaycan
Kreativ tərəfdaş: McCann Baku
İnformasiya tərəfdaşı: Oxu.Az və 107.7 Avto FM
Texniki dəstək: Azərizone
Çap və Promo dəstəyi: Antaris
Dəstəkçilər: Facemark.az, FMR TV, Marketing AİR, New Media, Admedia, VITAM, Times Consulting, Innab
Daha ətraflı:
"Aİ" teqi üzrə xəbərlər
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
- Aİ Gürcüstanla vizasız rejimi dayandıracaq?
- Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
- Avropa İttifaqı Suriyanın yeni hakimiyyəti ilə diplomatik əlaqələr qurur