Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
ABŞ FES-in qərarından sonra neftin qiyməti sürətlə bahalaşır
Dünya bazarlarında neftin qiyməti ABŞ FES-in qərarından sonra sürətlə bahalaşır.
Oxu.Az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,53% bahalaşaraq bir barelə görə 47,04 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində isə WTI neftinin qiyməti 1 barelə görə 3,18% artaraq 45,45 dollara satılıb.
Qeyd edək ki, bu gün ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) iki günlük iclasdan sonra baza faiz dərəcəsini əvvəlki 0,25-0,5% səviyyəsində saxlayıb.
S.B.
www.oxu.az
Ən çox oxunanlar