27 
Yan
2015
15:23
21
43
8497
Virtual karabakh

Azərbaycanda “biznes lady”lərlə bağlı - MARAQLI MƏLUMAT

27 Yan, 2015
15:23
8497

Azərbaycanda “biznes lady”lərlə bağlı - MARAQLI MƏLUMAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlar qeydiyyatdan keçiblər.

Sahibkarlıqla məşğul olan fərdi sahibkarların 81,0 faizini kişilər, 19,0 faizini isə qadınlar təşkil edib. 

Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, qadınlar “Ticarət; nəqliyyat vasitələrinin təmiri” fəaliyyəti sahəsində fərdi sahibkarların 39,6 faizini, “Digər sahələrdə xidmətlərin göstərilməsi”ndə 20,2 faizini, “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”da 17,7 faizini təşkil edir.

Sahibkar qadınların 39,4 faizi Bakıda, 16,3 faizi Aran, 15,0 faizi Gəncə-Qazax, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçiblər. Fərdi sahibkarların cins tərkibinin regionlar üzrə bölgüsündən aydın olur ki, Bakıda (21,9%), habelə Gəncə-Qazax (22,6%) və Şəki-Zaqatala (20,6%) iqtisadi rayonlarında qadın sahibkarların payı ölkə üzrə orta göstəricidən yuxarıdır.

Statistik vahidlərin Dövlət registrinə daxil edilən, torpaq payı almış ailələrin sayı 850 mini keçib. Bu da ölkədə torpaq payı alanların 98,0 faizini təşkil edir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri