13 
Apr
2015
17:17
143
41
23718
Virtual karabakh

Azərbaycanda “Nissan”, “İnfiniti” və “Ford” salonları bağlandı

13 Apr, 2015
17:17
23718

Azərbaycanda “Nissan”, “İnfiniti” və “Ford” salonları bağlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rəsmi distribüterin əmlakı siyahıya alınıb.

Vergilər Nazirliyi “Nurgun Group”a daxil olan “Nurgun Motors”un əmlakını siyahıya alıb.

Oxu.Az xəbər verir ki, bu barədə bu barədə “APA-Economics”ə Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən məlumat verilib.

“Nurgün Motors”un vergi borcları ilə əlaqədar, əmlakın siyahıya alınması tədbirləri həyata keçirilib. Şirkətə borcların qısa müddətdə ödənilməli olduğu ilə bağlı xəbərdarlıq olunub”, - deyə nazirlik rəsmisi qeyd edib.

Borcun həcmi açıqlanmır. 

Nazirlik rəsmisi bildirib ki, borc ödənildikdən sonra şirkət fəaliyyətini bərpa edə bilər.

Qeyd edək ki, “Nurgün Motors” Azərbaycanda “Nissan”, “İnfitini” və “Ford” avtomobillərinin rəsmi distribüteridir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri