Rusiyanın tanınmış modelyeri Valentin Yudaşkin və müğənni Jasmin Rusiyanın birinci kanalında yayımlanan “Yeni – 2015-ci il” bayram verilişində Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından Vəli ilə Tellinin “Pulun var?” duetini rus dilində ifa ediblər.
Oxu.Az-ın məlumatına görə, mahnı təqdim olunarkən onun müəllifi və hansı ölkəyə məxsus olması barədə heç bir qeyd olmayıb.
Oxu.Az oxucularına həmin ifanın videosunu təqdim edir.