Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək.
Bu barədə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində hərbçilərlə görüşündə bildirib.
Şəhid ailələrinə, əlil olmuş hərbçilərə dövlət qayğısından danışan dövlətimizin başçısı deyib:
“Artıq bu ildən başlayaraq, göstəriş verildi. Şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər vermişdir. Yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub. Əlil olmuş hərbçilərin reabilitasiyası, onların müasir protezlərlə təmin edilməsi məsələsi öz həllini tapacaq.
Müharibədə qəhrəmanlıq göstərmiş minlərlə hərbçi mənim tərəfimdən yüksək orden və medallarla təltif edilib. “Vətən Müharibəsi Ordeni” Azərbaycanın ən ali hərbi ordenidir. “Zəfər” ordeni, “Qarabağ” ordeni. Bütün bu ordenlərin adlarını mən özüm təklif etmişəm. Qəsəbələrimizin, şəhərlərimizin azad edilməsi işində fərqlənmiş hərbçilərə o rayonların adlarını daşıyan medallar verilib”.
Prezident İlham Əliyev bildirib ki, ordumuz Şuşaya qədər qələbə yolu ilə, uğurla gedərək, Cəbrayıl, Füzuli, Xocavənd rayonlarını, Suqovuşan, Hadrut qəsəbələrini, Murovdağ silsiləsini, Laçın rayonunun cənub hissəsini, Qubadlı, Zəngilan rayonlarını azad edib və noyabrın 8-də Şuşa şəhərini azad edib. Noyabrın 9-da isə düşmən təslim olub, ağ bayraq qaldırıb, diz çöküb və öz məğlubiyyətini etiraf edib.
"Cəbrayıl" teqi üzrə xəbərlər
- Daha 32 ailə Cəbrayıl şəhərinə yola salındı
- Şərqiyyə Abbasova: "30 il yaşadığım çətinlik qələbə sayəsində gözümdə bir heçə döndü"
- Cəbrayıla qayıdan keçmiş məcburi köçkün: "Bütün arzularımız bu günü yaşamaq idi"
- Cəbrayıl şəhərinə köç edən ailələrə mənzillərinin açarları təqdim edilib
- Cəbrayıla qayıdan sakin: "Əsgər anası kimi qürur duyuram"