Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Aleksandr Kaçura: “Azərbaycanın dəstəyini hiss edirik”
Son bir neçə gündə Ukraynanın şərqindəki vəziyyət nəzərəçarpacaq dərəcədə pisləşib.
Rusiya qoşunlarının Ukrayna sərhədlərində, ilk növbədə isə rəsmi Kiyev tərəfindən nəzarət olunmayan Donetsk və Luqansk bölgələrində cəmləşməsinə dair xəbər verilir.
Bu ərəfədə Ukrayna Prezidenti Vladimir Zelenskinin 10 apreldə Türkiyəyə səfər etməsi gözlənilir.
Kiyevdə Türkiyə və Ukrayna liderlərinin görüşündən gözləntilər nədir?
Caliber.Az-ın bu sualına cavab verən Ukrayna Ali Radasında “Xalqın Xidmətçisi” fraksiyasının üzvü, Parlamentin Dövlət Hakimiyyəti, Yerli Özünüidarəetmə, Regional İnkişaf və Şəhərsalma Təşkilatı Komitəsinin sədr müavini Aleksandr Kaçura bildirdi ki, iki ölkə liderlərinin görüşündə “Krım Platforması”nın müzakirəsi gözlənilir.
“Türklər bu ideyanı dəstəkləyirlər. Ukraynada yaşayan tatarlar, Krım tatar xalq məclisinin nümayəndələri də daxil, ya işğal altındadırlar, ya da həyatlarını sürgündə keçirirlər. İnvestisiya və hərbi əməkdaşlıq məsələlərinin də gündəmə gətiriləcəyini gözləyirəm”, - deyə müsahibimiz bildirib.
Ölkənin şərqindəki mövcud alovlanmanı əhalinin diqqətini Ukraynadakı daxili vəziyyətdən və koronovirusla bağlı problemlərdən yayındırmaq məqsədi daşıması versiyasına toxunan Aleksand Kaçura bu fikirlər heç bir təsdiqini tapmayan konspirasiya nəzəriyyəsi adlandırıb:
“Prezident Vladimir Zelenski münaqişəni ən qısa müddətdə həll etmək və sülhə nail olmaq istəyir. Ona görə, vəziyyətin gərginləşməsi hakimiyyətə sərf etmir. Qeyd etmək istəyirəm ki, bütün tərəfdaşlarımızdan və təbii ki, Azərbaycandan dəstək hiss edirik. Bakının mövqeyi açıq şəkildə qeyd edildi. Ukrayna və Azərbaycan xalqları bir-birini dəstəkləyir”.
"Türkiyə" teqi üzrə xəbərlər
- İsrail Türkiyə ilə bağlı arzusuna çatır - Yaxın Şərqdə yeni konfiqurasiya
- Türkiyə-İsrail qarşıdurması mümkün olacaq?
- Ankara ilə Dəməşq PKK və İŞİD-ə qarşı birgə hərbi əməliyyatlar keçirməyə hazırlaşır
- Türkiyədə fabrikdə güclü partlayış: Çoxlu sayda ölən var
- Ərdoğan geniş heyətlə Suriyaya səfər edəcək