Bu gün həyatımızın tarixində əlamətdar, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşada salamlayırıq. Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm. Əziz qardaşım Azərbaycanda dəfələrlə olub. Ancaq ilk dəfə Qarabağ torpağında, Şuşada biz bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var.
Bu sözləri Prezident İlham Əliyev bu gün Şuşada Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.
“Bu gün imzalanmış birgə Şuşa bəyannaməsi əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı müttəfiqlik haqqında bəyannamədir. Bu ad özü özlüyündə hər şeyi göstərir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır. Dəfələrlə çıxışlarımda demişəm ki, Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Bizi birləşdirən bir çox amillər var ki, bu birliyi təmin edir. İlk növbədə tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız və xalqlarımızın qardaşlığı”, - deyə dövlət başçısı qeyd edib.
Bu gün həyatımızın tarixində əlamətdar, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşada salamla...