Kolumbiyaya giriş bəzi ölkə vətəndaşlarına vizasız olacaq.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, bu barədə Kolumbiya Xarici İşlər Nazirliyindən Azərbaycanın Meksikadakı Səfirliyinə məlumat daxil olub.
Məlumata əsasən, cari ilin 22 noyabrından etibarən Azərbaycanın da daxil olduğu bir sıra ölkələrin vətəndaşlarından Kolumbiya Respublikasına giriş və müvəqqəti yaşamaq üçün TP-11, TP-12, TP-13 tipli vizaları tələb olunmayacaq.