İyl
2015
16:42
101
28
2224
Virtual karabakh

İlham Əliyev: Azərbaycan italyan şirkətinin TAP-da payına etiraz etmir

9 İyl, 2015
16:42
2224

İlham Əliyev: Azərbaycan italyan şirkətinin TAP-da payına etiraz etmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Niyə də yox?”.

Azərbaycan tərəfi İtaliyanın “Snam S.p.A.” Qaz İnfrastruktur Qrupunun Trans-Adriatik Təbii Qaz Boru Xəttində (TAP) paya sahibi olmasına etiraz etmir.

Oxu.Az Reuters agentliyinə istinadla xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Milan Expo beynəlxalq sərgisi çərçivəsində bəyan edib. 

“Niyə də yox? Əgər kimsə öz payını digər şirkətlərə satmaq istəyirsə, mən burada heç bir problem görmürəm”, - dövlət başçısı “Snam S.p.A.” qrupunun TAP-da mümkün investisiyalarını şərh edərkən deyib. 

İlham Əliyev təsdiq edib ki, TAP layihəsinin tikintisi 2020-ci ildə başa çatacaq.  

“Snam S.p.A.” qrupunun baş direktoru iyun ayında Reuters agentliyinə verdiyi müsahibəsində deyib ki, şirkət TAP-da 20% səhm almağa hazırdır. 

TAP-ın hazırkı səhmdarları BP (20%), SOCAR (20%0), Norveçin Statoil şirkəti (20%), Belçikanın Fluxys (19%), İspaniyanın Enagas şirkəti (16%) və İsveçrənin Axpo şirkətidir (5%). 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri