31 
May
2016
16:35
53
279
44950
Virtual karabakh

Maral Tahirqızı: Həbsxanada yolumu çoxdan gözləyirdilər – VİDEO

31 May, 2016
16:35
44950

Maral Tahirqızı: Həbsxanada yolumu çoxdan gözləyirdilər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Almadığım 20 manata görə, mənə 3 il həbs veriblər”.

“Xəzər” telekanalında yayımlanan “Rezonans” verilişinin yaradıcı heyəti Xətai Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum edilən müğənni Maral Tahirqızından müsahibə alıb.  

Oxu.Az xəbər verir ki, həbsxanada onun yolunu çoxdan gözlədiklərini deyən ifaçı özünü günahsız hesab etdiyini deyib.

“Almadığım 20 manata görə, mənə 3 il həbs veriblər”, - deyə M.Tahirqızı bildirib.

Verilişin sözügedən buraxılışı bu gün saat 23:15-də “Xəzər” televiziyasında nümayiş olunacaq.

Xatırladaq ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri