Apr
2017
14:55
55
483
15344
Virtual karabakh

Əkiz bacıların avtomobillə vurduğu kişinin nəvəsi: Vəziyyəti ağırdır

7 Apr, 2017
14:55
15344

Əkiz bacıların avtomobillə vurduğu kişinin nəvəsi: Vəziyyəti ağırdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənnilər Sevinc Sevil Səfərova bacılarının törətdiyi qəzada ağır yaralanan Zöhrab Ağayevin nəvəsi babasının son durumu ilə bağlı açıqlama verib. 

Oxu.Az-ın lent.az-a istinadən məlumatına görə, hazırda xəstəxanada babasının yanında olan gənc bildirib ki, Z.Ağayev reanimasiyadadır və vəziyyəti ağır-stabildir. 

O bildirib ki, babası ötən gecə indi olduğu özəl klinikaya köçürülüb: 

“Kim istəyər ki, belə bir iş olsun. Babamın ölümünü yox, sağalmağını gözləyirik. Onun reanimasiyadan palataya köçürülməsi hələ çox tezdir”.

Z.Ağayevin nəvəsi deyib ki, müğənni bacılar xəstəxana xərcləri ilə bağlı onlara maddi yardım edirlər: 

“Bizim o qızlardan şikayət etmək fikrimiz yoxdur”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri