26 
May
2017
12:46
82
46
6635
Virtual karabakh

Ulduzlar Kannda “amfAR” qala-gecədə – FOTO

26 May, 2017
12:46
6635

Ulduzlar Kannda “amfAR” qala-gecədə – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransada Kann festivalı üçün ənənəvi olan və elit tədbirlərin sırasında ən mühümü hesab edilən “amfAR Gala Cannes” xeyriyyə qala-gecəsi keçirilib. 

Oxu.Az spletnik.ru-ya istinadən xəbər verir ki, 24-cü “amfAR Gala Cannes”də yığılan vəsait QİÇS ilə mübarizə fonduna köçürüləcək. Tədbirdə İrina Şeyk, Bella Hadid, Yeva Lonqoriya kimi məşhurlar iştirak ediblər.

Qeyd edək ki, dünyanın ən məşhur kinofestivallarından biri olan Kann beynəlxalq kinofestivalı Fransanın cənubunda yerləşən Kann şəhərində təşkil edilir. Əsas mükafatı “Qızıl palma budağı”dır.

Kann kinofestivalı ilk dəfə 1946-cı ildə 20 sentyabrdan 5 oktyabra kimi keçirilib. Lakin sonrakı illərdə may ayında keçirilməyə başlayıb.

Festivalın digər mükafatları bunlardır:

- Qran-pri;

- ən yaxşı aktyor, aktrisa, rejissor, ssenaristə verilən mükafat;

- Jüri mükafatı;

- qısametrajlı film üçün “Qızıl palma budağı”;

- ən yaxşı debüt üçün “Qızıl kamera” mükafatı.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri