28 
Mar
2019
17:20
94
422
18354
Virtual karabakh

Açıq şəkillər çəkdirən Nura: Deyirlər, üç oğul anasıdır, geyiminə bax - VİDEO

28 Mar, 2019
17:20
18354

Açıq şəkillər çəkdirən Nura: Deyirlər, üç oğul anasıdır, geyiminə bax - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Nura Suri bir müddət öncə yayımlanan açıq-saçıq və cəsarətli fotosessiyasından danışıb.

Müğənni Oxu.Az-a açıqlamasında bu şəkillərə görə ona ləkə yaxanlara cavab verib.

“Hamı fotolarımın çox açıq-saçıq olduğunu deməyə başladı. Fotoların altında yazsaydılar ki, bu nə vəziyyətdədir, bədəni nə formadadır, yenə dərd yarı. Amma üç oğul anası olduğumu yazırdılar. Bunun nə aidiyyəti var?! Mənim geyimimin,şəxsiyyətimin, sənətimin analığıma nə aidiyyəti var?!

Aygün Kazımova, Röya Ayxan və bir çox sənətçilər mənim kimi fotolar çəkdirib. Beyons lüt soyunub klip çəkdirir. O hər halda gündəmə gəlmək üçün bunu etmir. Sənəti var, Beyonsu bütün dünya tanıyır. Əri, uşaqları, milyonları var.

Sadəcə, səhnə bunu tələb edir deyə, biz bunu edirik. Mən “body”də küçəyə çıxmıram. Elə müğənnilər var ki, konsertdə o geyimdə səhnəyə çıxır. Fotosessiya etmişəm, burada pis nə var ki?!”

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri