24 
İyl
2014
11:44
25
33
5290
Virtual karabakh

Azərbaycanlı model: Qızım olacaq - FOTO

24 İyl, 2014
11:44
5290

Azərbaycanlı model: Qızım olacaq - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Adını Məryəm qoyacam”.

Model Minarə Allahverdiyeva 6 aylıq hamilədir.

Oxu.Az Axşam.az-a istinadla xəbər verir ki, model gələcək övladının cinsiyyətindən və ona qoyacağı addan danışıb:

“Hamilə olmağım barədə xəbərin mediada yayılmasını istəmirdim. Deyirdim, övladım dünyaya gəldikdən sonra məlumat verəcəm. Amma bizim mətbuatdan heç nə gizlətmək olmur. Qızım olacaq. Adını Məryəm qoyacam. Ən çox xoşladığım adlardan biridir. Mən qız uşaqlarını daha artıq sevirəm. Allah üç qız versə də, heyfsilənmərəm”.

Minarə hamiləliyi ilə əlaqədar yaradıcılığına ara verməyəcəyini söyləyib:

“İşsiz qala bilmirəm. Ona görə də hələ ki, çəkilişlərə gedirəm. Qarnım çox böyük olmadığı üçün bilinmir”.

Qeyd edək ki, model türkiyəli prodüser, təşkilatçı Cenk İçtənlə ailə qurub. Onun ilk evliliyindən bir qızı da var.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri