21 
Okt
2014
10:28
22
17
4080
Virtual karabakh

Rəqsanə: Heç bir kişinin pulu ilə bu yardımı etmirəm

21 Okt, 2014
10:28
4080

Rəqsanə: Heç bir kişinin pulu ilə bu yardımı etmirəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni qızının telefonunu satışa çıxarıb.

Rəqsanə İsmayılova “Öz aramızda” verilişində ibrətamiz addım atıb.

Oxu.Az gecce.az-a istinadən xəbər verir ki, sözügedən proqramda səhhəti ilə bağlı yardım istəyən Abbasa müğənni Rəqsanə yardım əlini tutub. Belə ki, əməliyyatı Almaniyada baş tutacaq Abbasın müalicə haqqının çox hissəsini sənətçi öz boynuna götürüb.

“Mən bu verilişi neçə vaxtdır izləyirəm. Sizin qəhrəmanınız Abbasa kömək etmək istəyirəm. Bilirəm ki, Abbasın əməliyyatı üçün böyük məbləğdə pul lazımdır. Mən yığılan məbləğin çox hissəsini öz üzərimə götürürəm. Mənim etdiyim yardım halaldır. Çünki bu yardımı səhər dördə-beşə kimi oxuduğum toylardan qazandığım pul ilə edirəm.

Heç bir kişinin pulu ilə bu yardımı etmirəm. Bəziləri var ki, kimlərəsə güvənib xeyriyyə addımı atır. Nə atam, nə qardaşım, nə də arxamda pullu adam yoxdur ki, mənə pul buraxsın. Elə vaxt olub ki, Aysunun telefonunu satıb problemimi həll etmişəm. Gərək yardımı da təmiz ürəklə edəsən”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri