26 
Dek
2014
10:10
399
302
79263
Virtual karabakh

Xoşqədəm və Doğuşun toyundan görüntülər - FOTO + VİDEO + YENİLƏNİB

26 Dek, 2014
10:10
79263

Xoşqədəm və Doğuşun toyundan görüntülər - FOTO + VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı toyunda ağladı...

Bakıda keçirilən toyda qonaqlar qarşısında çıxış edərkən keçmiş günlərini xatırlayan aparıcı göz yaşlarını saxlaya bilməyib.

Oxu.Az axşam.az-a istinadən bildirir ki, aparıcı bunları deyib:

“Ulu öndər Heydər Əliyevin sayəsində təhsil almışam. Çox əziyyət çəkmişəm. Tək başına övlad böyütmüşəm. Bu gün deyirlər ki, oğlum toyda iştirak etməyəcək. Bu xəbərlər məni üzür. Amma o xaricdə təhsil alır. Hazırda yoldadır, özünü çatdıracaq”. 

Xatırladaq ki, X.Hidayətqızı türkiyəli müğənni Doğuşla ailə həyatı qurur. Onlar bu ilin oktyabrında Türkiyədə rəsmi nikah bağlayıblar. 

25.12.2014

Bu gün tanınmış aparıcı Xoşqədəm Hidayətqızının türkiyəli müğənni Doğuşla Bakıda toy mərasimi keçirilir. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, mərasim Kempinski otelində qeyd edilir. Toyu müğənni Cavanşir Məmmədov, şoumen Murad Dadaşov idarə edir. 

Mərasimdə çıxış edən aparıcı xoşbəxt olduğunu bildirib və göz yaşlarını saxlaya bilməyib.

“Bu gün çox xoşbəxtəm. Çox əziyyətlər çəkmişəm. Ulu öndərin sayəsində təhsil aldım. Bu günü  toy kimi qələmə verməyin, bu gün dostlarımıza ürək sözlərimizi demək istədim. Bu gün yazılmışdı ki, oğlum burada iştirak etməyəcək, bu cür xəbərlər məni üzür. Oğlum xaricdə təhsil alır. Bir azdan burda olacaq. Mən oğlumu əziyyətlə böyütmüşəm, Allah heç kimi böyüksüz etməsin”.

Doğuş həyat yoldaşı üçün məşhur “Kal benim için” mahnısını ifa edib. 

18:22

Bu gün Bakıdakı tanınmış məkanlardan birində teleaparıcı Xoşqədəm Hidayətqızı və türkiyəli müğənni Doğuşun toy mərasimi keçiriləcək.

Oxu.Az Publika.az-a istinadən xəbər verir ki, toy mərasimində Doğuşun anası, bacıları və digər yaxın qohumlarının, Hidayətqızının yaxınlarının, həmkarlarının, həmçinin dövlət və hökumət nümayəndələrinin iştirakı gözlənilir.

Toyu əməkdar artist Cavanşir Məmmədov idarə edəcək.

Oxu.Az bəy və gəlinin toydan bir neçə dəqiqə öncə çəkilmiş fotolarını təqdim edir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri