Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qadın mağazada satıcıları aldadaraq 100 manatı alıb getdi – VİDEO
Bakıda kosmetika mağazalarının birində qadın müştəri satıcıları aldadaraq 100 manatlıq ziyan vurub.
Oxu.Az xəbər verir ki, bu barədə Bizimyol saytına həmin mağazadan məlumat verilib.
“Hadisə bu gün saat 12:35 radələrində baş verib. Mağazaya taksi ilə gələn qadın müştəri 4,50 qəpiklik malı kassadan götürən zaman satıcılara 100 manatlıq əsginas uzadır. Ancaq hər dəfə də pulu geri çəkir və başqa mallarla bağlı sual verərək fikri yayındırmağa çalışır. Satıcılardan birindən başqa bir krem gətirməyini xahiş edir.
O getdikdən sonra isə pulu əl çantasına qoyur və satıcıdan qalığı qaytarmağı xahiş edir. Satıcı ona 96 manat qaytarır. Bir manatı da uzadır ki, 50 qəpik çıxılsın. Digər satıcı gəldikdən sonra isə yeni sifariş etdiyi malın lazım olmadığını bildirib. Beləliklə, 100 manatı vermədən qalığı alaraq gəldiyi taksi ilə də mağazadan uzaqlaşıb” – deyən mağaza əməkdaşı bildirir ki, bütün bunları kassanın üzərində yerləşdirilən kamera vasitəsilə sonradan izləyərək aydınlaşdırıblar.
A.M.
"Bakı" teqi üzrə xəbərlər
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək
- "İstirahət hüququmuz pozulur" - Bakıda gecə klubundan ŞİKAYƏT
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib