15 
Dek
2016
15:01
10
301
10024
Virtual karabakh

Xəzərdə növbəti faciə: SOCAR-ın rəsmisi açıqlama verdi

15 Dek, 2016
15:01
10024

Xəzərdə növbəti faciə: SOCAR-ın rəsmisi açıqlama verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. 

Baş vermiş hadisə ilə əlaqədar qərargah yaradılıb. Hazırda SOCAR rəsmiləri qərargahda jurnalistlərin suallarını cavablandırıb.

“Azneft” İB-də yaradılan qərargahda baş direktorun I müavini Balamirzə Ağarəhimov danışıb. 

 

İsmayil Nur
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri