19 
Yan
2017
18:10
36
142
4173
Virtual karabakh

Qafqaz Universitetinin müəllimləri nazirliyə çağırılıb

19 Yan, 2017
18:10
4173

Qafqaz Universitetinin müəllimləri nazirliyə çağırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Təhsil Nazirliyində Qafqaz Universitetinin rektoru və müəllimləri ilə görüş keçirilib.

Oxu.Az xəbər verir ki, bu barədə AzVision.az-a Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Rəcəb Rza məlumat verib. 

Bildirib ki, universitetin fəaliyyətinin dayandırılması ilə bağlı onlara çoxsaylı müraciətlər daxil olur:

“Bizə tələbələr, valideynlər müraciət edirlər. Onlar narahatlıqlarını ifadə edirlər”.

R.Rza bildirib ki, yayılan məlumatlara görə, Qafqaz Universitetinin nəzdində Bakı Mühəndislər Universiteti olacaq. 

Bu haqda dəqiq məlumat yoxdur: 

“Yeni yaradılacaq universitetlə bağlı nə fərman, nə də tapşırıq var. Hazırda bu istiqamətdə işçi qrupu işləyir”.

Mətbuat katibi vurğulayıb ki, bu gün keçiriləcək görüşdən sonra universitetin statusu, fəaliyyəti barədə qərar veriləcək. Həmin qərar gələn həftə ictimaiyyətə açıqlanacaq.

Qeyd edək ki, “Qafqaz” Universitetinin rəhbərliyi yanvarın 16-da təsisçinin qərarı ilə universitetin ləğvetmə prosesinə başlayıb və ləğvetmə komissiyası yaradılıb. 

Eyni zamanda universitetin ləğvi ilə bağlı Təhsil Nazirliyində İşçi qrupu yaradılıb və qış imtahan sessiyasından sonra tələbələrin digər universitetlərə köçürülməsi həyata keçiriləcək.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri