20 
Mar
2017
22:56
210
56
5713
Virtual karabakh

Mütəxəssislər xəbərdarlıq edir : Novruzda qidalanmanıza diqqət edin

Novruzda hər kəsin süfrəsini dadlı, ləziz yeməklər bəzəyir. Hamı bu təamlardan dadmaq istəyir. Amma unutmaq olmaz ki, düzgün qidalanmasanız, ciddi həzm problemləri ilə qarşılaşa bilərsiniz.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bayram süfrələrini bəzəyən təamlar damağımızı dadlandırsa da, doğru qəbul edilmədikdə sağlamlığımıza mənfi təsir göstərə bilər.

Mütəxəssislər deyirlər ki, bayrama bir neçə gün qalmışdan rejimlə qidalanmaq lazımdır ki, maddələr mübadiləsi sürətlənsin və orqanizm bayram günləri qəbul edəcəyi bol kaloriyə hazır olsun.

Tez-tez yemək, yağlı yeməklərlə bərabər qazlı sulardan içmək tamamilə yanlışdır. Süfrədə yağlı yeməklərlə yanaşı, həzmi rahatlaşdıracaq göyərti və ağartı məhsulları da mütləq olmalıdır. Ağır yeməklərdən əvvəl belə yüngül qidalar və salatlar yeyilməlidir.

Novruz şirniyyatlarını da yeyərkən 2 dəfə düşünmək lazımdır. Düzgün qidalanmamaq mədə-bağırsaq xəstəliklərinə səbəb olmaqla yanaşı, bir sıra fəsadlara da gətirib çıxara bilir.

Bayram yeməklərindən sonra çay süfrəsində də qara çay yox, yaşıl çay içməyə üstünlük verməlisiniz.

 

Digər Cəmiyyət xəbərləri