26 
Mar
2017
21:30
12
185
3710
Virtual karabakh

Masallıda yol qəzası baş verib: ölən və yaralanan var

26 Mar, 2017
21:30
3710

Masallıda yol qəzası baş verib: ölən və yaralanan var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az Report-a istinadla xəbər verir ki, hadisə Ələt-Astara magistralının Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Cəlilabad rayonu Göytəpə şəhər sakini, 1981-ci il təvəllüdlü Mirqoşqar Mürsəlov Mirşamil oğlunun idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Masallı rayonu Seybətin kənd sakini, 1980-cı il təvəllüdlü Rəhim İsmayılov Əlifağa oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili toqquşub.

Nəticədə “VAZ-21011”-in sürücüsü M.Mürsəlov hadisə yerində dünyasını dəyişib. R.İsmayılov ağır vəziyyətdə Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər.

Faktı BDYP İstintaq və Təhqiqat idarəsi araşdırır.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri